XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Fevral 2016 - 12:37

Putin Ərdoğanın görüş tələbinə [color=red]cavab verdi

Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın görüş istəyinə rədd cavabı verib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Putinin mətbuat katibi Dmitri Peskov məlumat verib. Peskov onu da bildirib ki, iki lider arasında nə vaxtsa görüşün baş tutub-tutmayacağı barədə nəsə demək çətindir.

Qeyd edək ki, fevralın 1-də Rusiya prezidentinə Rəcəb Tayyib Ərdoğanın onunla görüşmək istədiyi barədə növbəti dəfə məlumat verilmişdi.

Rusiya təyyarəsi bir neçə gün əvvəl yenidən Türkiyənin hava məkanını pozub. Kreml Türkiyənin bu iddiasının gerçəkliyi əks etdirmədiyini bildirir və təbliğat adlandırır.