XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

05 Fevral 2016 - 12:45

“Nə vaxtdan mənzil sahibi olmaq qəbahət sayılır?” – [color=red]Deputat 1.5 milyonluq mənzil almasına belə reaksiya verdi

"Bu mənzillər artıq 5 ildir ki, mülkiyyətimizdədir, onların qiyməti də yazılanlardan qat-qat ucuzdur".

Bu sözləri mediada milyon yarımlıq evi olması ilə bağlı rəsmi sənədin yayılması xəbərinə aydınlıq gətirən millət vəkili Elmira Axundova deyib.

Deputat bildirib ki, bu sənədi yayan tərəf məhkəmədə yenə uduzduğuna görə belə qanunsuz əməllərə əl atıb:

“Nə vaxtdan mənzil sahibi olmaq qəbahət sayılır? Məgər mənə çoxillik fəaliyyətim və xidmətlərim qarşısında yaxşı mənzil bağışlana bilməzdimi? Bir də ki, mənim Feyruz Həşimovla olan məhkəmə prosesim şərəf və ləyaqətlə bağlıdır, mülkiyyətlə yox. Sadəcə olaraq, qarşı tərəf məhkəmədə yenə uduzduğuna görə belə qanunsuz əməllərə əl atır. Onlardan fərqli olaraq, mən qanuni yollara üstünlük verirəm və hüquqlarımı məhkəmədə uğurla müdafiə edirəm.

Bəzi KİV-lərə isə məsləhətim budur ki, boş yerdən ucuz sensasiya axtarmasınlar və ciddi problemlərlə məşğul olsunlar”. axar.az

Qeyd edək ki, mətbuatda Elmira Axundovann 1.5 milyonluq mənzili  ilə bağlı sənədlər yayılıb.