XƏBƏR LENTİ

24 Fevral 2020
23 Fevral 2020

Digər Xəbərlər

29 Oktyabr 2019 - 10:43

Britaniya parlamenti Boris Consona “yox” dedi- Növbədənkənar seçkilərin keçirilməsi təklifi rədd edildi

Böyük Britaniya Parlamentinin İcmalar Palatasında Baş Nazir Boris Consonun dekabrın 12-də növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı təklifi rədd edilib.

Azərtac xəbər verir ki, 299 deputat seçkilərin keçirilməsinin lehinə səs versə də, 70 deputat isə təklifin əleyhinə olub.

Baş Nazir erkən seçkilərin keçirilməsi üçün səylərini davam etdirəcəyini söyləyib.

İngiltərədəki mövcud seçki qanunlarına görə, erkən seçkilərin keçirilməsi üçün parlamentdə üçdə iki səs çoxluğu (434 səs) tələb olunur.

Qeyd edək ki, Baş Nazir Boris Conson iki dəfə deputatlardan növbədənkənar seçkilərin təsdiqlənməsini istəsə də, onun tələbi rədd edilmişdi.