XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

29 Oktyabr 2019 - 18:26

Yəmən Müdafiə Nazirliyində partlayış: ölən və yaralananlar var –Nazir sağ qalıb

Yəmən Müdafiə Nazirliyinin Maarib əyalətindəki müvəqqəti qərargahındakı partlayış nəticəsində 2 nəfər ölüb.

“RİA Novosti” xəbər verir ki, Yəmənin müdafiə naziri Məhəmməd Əli əl-Makdaşi sağ qalıb.

Bildirilib ki, partlayış ordununun müvəqqəti qərargahında müdafiə naziri ilə nazirlik rəhbərlərinin görüşü zamanı baş verib: “İlkin məlumata əsasən, iki hərbçi ölüb, tədbirdə iştirak edən başqaları yaralanıb, nazir sağ qalıb”.

Məlumata görə, hadisənin husi qiyamçılarının atdığı raketin partlaması nəticəsndə baş verdiyi ehtimal edilir/Report.