XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

29 Oktyabr 2019 - 19:26

Livanın Baş naziri istefa verdi –Aksiyalarla bağlı + Açıqlama

Livanın baş naziri Saad əl-Hariri vəzifəsindən istefa verdiyini açıqlayıb.

Buna səbəb Livanda müxalifətin keçirdiyi aksiyaların tələbi ilə bağlıdır.

O, televiziya ilə müraciətində ölkədə vəziyyətin dalana dirəndiyini deyib: “Mən bir çox livanlının arzusunu həyata keçirmək üçün hökumətin istefası barədə xahişi Prezident Mişel Auna çatdırmaq məqsədilə Baabda sarayına gedirəm. Mənim istefam məsələsi Prezidentin sərəncamındadır”.

Qeyd edək ki, Livanda on gündən artıqdır etiraz yürüşləri keçirilir. Aksiyalar əvvəlcə kortəbii halda olub. Bir neçə gün keçdikdən sonra isə təşkilatlanmağa başlayıb. Etirazçılar Livanda hakimiyyətin dəyişməsini, fəaliyyətdə olan bütün siyasilərin, o cümlədən prezidentin, nazirlərin və deputatların istefasını tələb edirdilər. Livandakı aksiyaları 9 il əvvəl Yaxın şərqdə baş vermiş ərəb baharı ilə müqayisə edirlər. Etiraz aksiyaların başlamasına səbəb olaraq ölkə iqtisadiyyatındakı böhranlı vəziyyət göstərilir.

Report