Bakının Nəsimi rayonunda hüquq müdafiəçisi Oktay Gülalıyevi maşın vurub.
Strateq.az xəbər verir ki, bu barədə onun dostları sosial şəbəkədə məlumat və fotolar paylaşıb.
Bildirilib ki, hadisə metronun “28 May” stansiyasının yaxınlığında qeydə alınıb.
Məlumata görə, axşam saatlarında tanınmış hüquq müdafiəçisi Oqtay Gülalıyevi yolu keçərkən “Hunday Ksent” markalı ağ rəngdə 90 PZ 543 dövlət nömrə nişanlı maşın onu vurub. Elə avtomobilin sürücüsü də onu xəstəxanaya çatdırıb.
Məlumata görə, Oqtay Gülalıyev 1 saylı Təcili Tibbi yardım mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib: “Xəstənin həyatına ciddi təhlükə olmasa da, o, bu xəstəxanadan çıxarılaraq, “City hospital”ın reanimasiya şöbəsinə yerləşdirilib. Ona kəllə beyin travması və beyn əzilməsi diaqnozu qoyulub”.
Onu da qeyd edək ki, xəstəxanaya ölkənin bir çox tanınmış müxalif simaları da gəlib. Onların arasında AXCP sədri Əli Kərimli də olub.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.