“Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Müdafiə Nazirləri Şurasının Bakıda keçirilən 77-ci iclasında qəbul edilən qərarlar ayrı-ayrılıqda ölkələrin silahlı qüvvələrinin, eləcə də ümumi təhlükəsizliyin gücləndirilməsinə istiqamətlənib”.
Bunu Rusiya Müdafiə naziri ordu generalı Sergey Şoyqu deyib.
Onun sözlərinə görə, iclasda müdafiə və hərbi təhlükəsizlik sahəsində 20-dən çox praktik məsələyə baxılıb.
“2025-ci ilədək əməkdaşlığın inkişafı Konsepsiyası MDB ölkələri üçün hərbi tərəfdaşlıq perspektivlərini müəyyən edən proqram sənədidir və o, açıq xarakterlidir və heç bir üçüncü ölkəyə qarşı yönəlməyib”, – Rusiyanın müdafiə naziri bildirib. /Report