XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

30 Oktyabr 2019 - 17:57

DİN-in xidmət rəisi təqaüdə göndərildi- Nazir Vilayət Eyvazovdan əmr

Azərbaycan daxili işlər orqanlarının daha bir əməkdaşı xidmətdə olmanın son yaş həddi ilə əlaqədar işdən çıxarılıb.

“Report”un əldə etdiyi məlumata görə, Daxili İşlər Nazirliyinin (DİN) Növbətçi Hissələri İdarəetmə Xidmətinin rəisi, polis polkovniki Fuad Bəxtiyarov vəzifəsindən azad edilib.

Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, F.Bəxtiyarov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar olaraq, təqaüdə göndərilib.

Qeyd edək ki, Nazirliyin idarə səlahiyyətli Növbətçi Hissələri İdarəetmə Xidmətinə növbətçi hissələr, “102” Xidməti-Zəng Mərkəzi və Təhlükəsiz Şəhər Xidməti daxildir.