XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

31 Oktyabr 2019 - 15:54

PREZİDENT İKİ İCRA BAŞÇISINI VƏZİFƏDƏN ÇIXARDI –Yeni təyinatlar

Prezident İlham Əliyev Qoca Səmədovun Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Strateq.az xəbər verir ki, sərəncama əsasən, Qoca Çərkəz oğlu Səmədov Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Dövlət başçısının digər sərəncamı ilə Anar Aqil oğlu Tağıyev Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

Prezident İlham Əliyev Şəmsəddin Xanbabayevin Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Prezidentin digər sərəncamı ilə Elnur Şahbaz oğlu Rzayev Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Qeyd edək ki, Elnur Rzayev bu təyinata qədər Gəncə Şəhər İcra Hakimiyyəti başçısının I müavini vəzifəsində çalışıb.