XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

31 Oktyabr 2019 - 18:08

Türkiyədən Fransa Senatının qərarına etiraz –XİN bəyanat yaydı

Türkiyənin Xarici İşlər Nazirliyi Fransa Senatının başıörtülü qadınların məktəb səyahətlərində öz uşaqlarını müşayiət etməsini qadağan edən qanun layihəsini təsdiq etməsini sərt şəkildə pisləyən bəyanat yayıb.

Strateq.az Türkiyə XİN-in rəsmi saytına istinadla xəbər verir ki, bəyanatda Senatın qərarında təsbit edilən “xidmətə yardımçı olan adamlar” dəyərləndirməsində uşaq baxıcılığı xidməti verənlər deyil, məhz övladlarını müşayiət edən analar nəzərdə tutulduğu bildirilir: “Bu, Fransanın müsəlmanlara qarşı ayrı-seçkilik və yadlaşdırma mövqeyinin təzahürüdür. Belə bir mövqeyin Fransada yaşayan türk və müsəlman icması, habelə bəşəri dəyərlərə inanan ölkələr tərəfindən qəbul edilməsi mümkün deyil”.

Bəyanatda daha sonra qeyd olunub ki, fransız rəsmi dairələri İslam və əcnəbi düşmənçiliyini qızışdıran bu cür müdaxilələrin yerinə islamofobiya ilə mübarizəyə qarşı tədbirlər almalıdır: “Hər fürsətdə azadlıqlardan bəhs edən ölkələrin günümüzdə ən təməl insan hüquq və azadlıqlarını pozmaları sözügedən dövlətlərin riyakarlığının və ikili standartlar siyasətinin örnəyidir. Senatda aparılan müzakirələrdə bəzi düşüncəli hökumət nümayəndələri və deputatların bu qanun layihəsinin yanlış olduğuna dair xəbərdarlığı məmnunluqla qarşılanıb. Ümidvarıq ki, Fransa həmin xəbərdarlıqlara qulaq asaraq bu səhv addımı düzəldəcək və ölkənin Milli Məclisi onu rədd edəcək”.