XƏBƏR LENTİ

21 Fevral 2020

Digər Xəbərlər

31 Oktyabr 2019 - 20:06

Şahbuz Rayon Mərkəzi Xəstəxanasına publik hüquqi şəxs statusu verildi –Sərəncam

Bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Şahbuz rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

Strateq.az xəbər verir ki, sərəncama əsasən, Şahbuz Rayon Mərkəzi Xəstəxanasına publik hüquqi şəxs statusu verilib və Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə xəstəxananın 2019-cu il noyabrın 1-dən fəaliyyətini təmin etmək tapşırılıb.

Nazirlər Kabineti İcbari tibbi sığortanın tətbiqi ilə əlaqədar Şahbuz Rayon Mərkəzi Xəstəxanası işçilərinin aylıq vəzifə maaşlarının 2019-cu il noyabrın 1-dən 50 faiz artırılmasını da təmin etməlidir.