XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

01 November 2019 - 11:02

Bir sıra küçə və prospektlərdə işıqforların işində texniki problem yaranıb –BNA

Yağışlı hava şəraiti ilə əlaqədar paytaxtın bir sıra küçə və prospektlərində işıqforların işində texniki problem yaranıb.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, hazırda işıqforların işinin bərpası ilə bağlı operativ tədbirlər həyata keçirilir.

“Sürücülərdən işıqforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yol ayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur”, – deyə məlumatda qeyd olunub.