XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

01 Noyabr 2019 - 18:07

Prezdent daha iki komissiyanın tərkibində dəyişiklik etdi –Şahin Mustafayevə yeni vəzifələr verildi

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının tərkibinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 avqust tarixli 1638 nömrəli Sərəncamında dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.

Strateq.az bildirir ki, sərəncama əsasən, komissiyanın sədri Baş nazirin müavini Şahin Mustafayev təyin edilib.

Dövlət başçısı digər sərəncamı ilə “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 fevral tarixli 1993 nömrəli Sərəncamında da dəyişiklik edilib.

Sərəncama əsasən, komissiyanın həmsədri Baş nazirin müavini Şahin Mustafayev olub.