XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

02 Noyabr 2019 - 09:51

Lavrov:“Heç bir ölkə ABŞ-ın sanksiyalarından sığortalanmayıb”

Rusiya Xarici İşlər naziri Sergey Lavrov “Rusiya 24” kanalında qonağı olduğu verilişdə ABŞ-ın digər dövlətlərə qarşı həyata keçirdiyi sanksiyalara münasibət bildirib.

APA-nın məlumatına görə, Rusiya XİN rəhbəri qeyd edib ki, heç bir ölkə ABŞ-ın sanksiyalarından sığortalanmayıb.

Lavrov hətta ABŞ-ın müttəfiqlərinin də sanksiyalardan sığortalanmadığını qeyd edib.

Rusiyanın baş diplomatı ABŞ-ın bu mövqeyini tamamilə düşünülməmiş addım kimi dəyərləndirib: “İqtisadi münasibətlərini dollar üzərində quran dövlətlər istənilən vaxt ABŞ-ın geosiyasi planlarının girovuna çevrilə bilər”.