XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

02 Noyabr 2019 - 15:22

Qırğızıstan Prezidenti:"Səlahiyyət müddətimi uzatmağa çalışmayacağam"

Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov prezidentlik müddəti bitdikdən sonra vəzifəsindən ayrılacağını deyib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Qırğızıstan Prezidenti bu barədə jurnalistlərlə qeyri-formal görüşündə deyib.

“Səlahiyyət müddətimi uzatmağa çalışmayacağam. Dövləti və ya yaxınlarımı seçməliydim. Seçimimi etdim, mən Qırğızıstan xalqını seçdim”, – deyə o bildirib.

Prezident qeyd edib ki, o, qanun və xalq qarşısında təmizdir və prezidentliyi müddətindəki bütün əməllərinə görə cavab verməyə hazırdır.

Qırğızıstan Konstitusiyasına görə, prezident 6 il müddətinə ancaq bir dəfə seçilir. Jeenbekovun andiçmə mərasimi 2017-ci ilin noyabr ayında keçirilib.