XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 Fevral 2016 - 14:59

Kadırov yenə hədələdi: [color=red]”Bu dəfə başa düşəcəklər”

Çeçenistan prezidenti Ramzan Kadırov «İnstagram» hesabından növbəti dəfə qalmaqallı foto paylaşıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, çeçen lider snayperlə çəkdirdiyi fotonun altına bu sözləri yazıb: «Başa düşməyən də bu dəfə başa düşəcək».

Xatırladaq ki, fevralın 1-də Kadırov «İnstagram» hesabından Rusiya müxalifətinin təmsilçiləri Mixail Kasyanov və Vladimir Kara-Murza ilə bağlı video paylaşmışdı. Videoda Kasyanov snayper tüfənginin nişangahına salınmış, kadrların altında isə bu sözlər yazılmışdı: "Kasyanov Strasburqa Rusiya müxalifəti üçün pul yığmağa yollanıb, anlamayan anlayacaq".

«İnstagram» videonu hesabdan siləndən sonra Kadırov həm bu sosial şəbəkəni, həm də ABŞ-ı ittiham etmişdi.

«Mən həmişə dürüst və açıq şəkildə öz fikrimi ifadə edirəm. ABŞ-ın zəncirli köpəkləri barədə bir-iki söz dedim, dərhal «İnstagram»dan sildilər. Bu da ABŞ-ın tərifli söz azadlığı yanaşması. Hər şey yaza bilərsən, bircə ABŞ-ın itlərinə, Departamentin və Konqresin dostlarına toxunma» – deyə, Çeçenistan prezidenti etirazını sərt şəkildə ifadə etmişdi.