XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

07 Fevral 2016 - 15:00

Türkiyədə avtomobil yolları və körpülər [color=red] 1 saniyədə 21 lirə gəlir gətirib

kopru-ve-otoyollar.jpg

Türkiyədə orta hesabla gündə 1 milyon avtomobilin hərəkət etdiyi körpü və şosselərdən son 10 ildə 6,7 milyarddan çox gəlir əldə edilib.

Körpü və şosselərdən son 10 ildə 3 milyard 442 milyon 986 min 77 avtomobil keçib.

Türkiyə Avtomobil Yolları Baş İdarəsinin məlumatına görə, avtomobil yolları və körpülərdə ən çox hərəkət 2015-ci ildə qeydə alınıb. Ötən il körpü və yollar 880 milyon 227 min 681 lirə gəlir gətirib.

Gündə orta hesabla 400 mindən çox avtomobilin keçdiyi Boğaziçi və Fatih Sultan Mehmet körpülərindən əldə edilən gəlir 1 saniyədə 5 lirə, avtomobil yollarından və körpülərdən birgə gəlir isə 1 saniyədə 21 lirədən çox olub.

Strateq.az