XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

07 Fevral 2016 - 16:10

Ərdoğan Rusiyaya:[color=red] “Suriyada nə işin var?”
erdoqan-2.jpg
 
"Əgər qapımıza sığınıblarsa, başqa çarələri də yoxdursa, yenə Türkiyə qardaşlarımızı sərhəddən içəri buraxacaq”.
 
Bunu bu gün  Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Hələbdən qaçıb Türkiyə sərhədinə sığınan suriyalı qaçqınlarla bağlı deyib.
 
Ərdoğan Hələbdən 70 min adamın ev-eşiyini tərk edəcəyini, Türkiyənin buna göz yuma bilməyəcəyini bildirib: “Hələbin bir hissəsində rejim qüvvələri yolu kəsib, cənubdan şimala keçmək artıq mümkün deyil”.
 
Ərdoğan Türkiyənin də təhdid altında olduğunu bildirib:
 
“Türkiyənin 911 kilometrlik sərhədi təhlükə altındadır. Əlbəttə, tədbir görəcəyik. Özümüzü müdafiə etmək üçün həmişə hazırlılı olmaq məcburiyyətindəyik. Həm də orda bizim soydaşlarımız da var”.
 
Ərdoğan Rusiyanın ünvanına bu sözləri də deyib: “Sənin Suriyada nə işin var? Demək ki, işğalçısan, dinc sakinləri öldürürsən”.
 
Türkiyə baş nazrinin müavini Numan Kurtulmuş isə Hələbdən Türkiyəyə 1 milyona yaxın qaçqının gələ biləcəyini bildirib.
 
Suriya ordusu Rusiya hərbi təyyarələrinin yardımı ilə fevralın 1-dən Hələbin şimalına hücuma keçib. Bundan sonra onlarla dinc sakin bomabrdman qurbanı olub, yüz minlərlə insan ev-eşiyindən didərgin düşüb. Türkiyə sərhədinə 30 mindən çox suriyalının sığındığı bildirilir. Onların arasında türkmənlər də var.
 
Azadlıq.info