XƏBƏR LENTİ

28 May 2020
27 May 2020

Digər Xəbərlər

07 Fevral 2016 - 16:28

Fariz Məmmədov Azərbaycan [color=red] boks tarixində ilkə imza atıb

Fariz-Memmedov.jpg

Bakıda WBF (World Boxing Federation) və WBCA versiyalarında dünya çempionluğu uğrunda döyüş keçirilib.

Azertag.az xəbər verir ki, boks mərkəzində baş tutan döyüşdə Azərbaycanın ilk peşəkar boksçusu, “Qəbələ” İdman Klubunun üzvü Fariz Məmmədov Uqanda təmsilçisi Badru Lusambia ilə qarşılaşıb. İdmançılar yarımorta çəki dərəcəsində (66,7 kq) dünya çempionu kəməri uğrunda mübarizə aparıblar. On iki raund davam edən döyüş Məmmədovun peşəkar rinqdə 22-ci qarşılaşması olub.

Fariz Məmmədovun qarşısında afrikalı idmançı da tab gətirməyib. İlk raunddan üstünlük nümayiş etdirən boksçumuz yalnız başlanğıcda müqavimətə rast gəlib. Yeddinci raundda təzyiqi artıran idmançımız Lusambianı noqdauna salıb. Mübarizəni davam etdirən afrikalı səkkizinci raundda da növbəti noqdaundan ayağa qalxıb. Az keçməmiş Fariz növbəti dəfə rəqibinə ağır zərbə endirib. Bu dəfə afrikalı idmançi mübarizəni davam etdirmək üçün özündə güc tapa bilməyib.

Qarşılaşmanı səkkizinci raunddakı qələbə ilə başa vuran F.Məmmədov WBF və WBCA versiyalarında dünya çempionu kəmərlərinə sahib olub. Bununla da təmsilçimiz Azərbaycan boks tarixinə peşəkar boksdakı ilk dünya çempionumuz kimi düşüb.