XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

05 Noyabr 2019 - 10:46

“Qarabağ” APOEL önünə azarkeşsiz çıxacaq- Səbəb

“Qarabağ” komandası Kiprdə APOEL-ə qarşı keçirəcəyi UEFA Avropa Liqasının IV tur matçına azarkeşsiz çıxacaq.

“Report”un “SigmaLive” nəşrinə istinadən verdiyi məlumata görə, Azərbaycan təmsilçisinin rəhbərliyi öz tərəfdarlarına bilet almamağı üstün tutub. Klub mümkün gərginliyə risk etməmək üçün bu addımı atıb.

Qeyd edək ki, noyabrın 7-də Nikosiyadakı “GSP Arena”da keçiriləcək matç Bakı vaxtı ilə saat 21:55-də başlanacaq. Oyun 1/16 finala vəsiqə baxımından hər iki komanda üçün böyük əhəmiyyətə malik olacaq. Hazırda “Qarabağ” A qrupunda 4 xalla 2-ci, APOEL 1 xalla sonuncu pillədə qərarlaşıb.