XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

08 Fevral 2016 - 06:52

BMT baş katibindən Rusiyaya [color=red]sərt ittihamlar

BMT baş katibi Pan Gi Mun Rusiyanı Cenevrədəki sülh danışıqlarını pozmaqda ittiham edib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, baş katib «The Financial Times»a müsahibəsində prosesin iflic vəziyyətə düşməsinə Rusiyanın Suriyadakı aviazərbələrinin səbəb olduğunu bildirib.

Pan Gi Mun hesab edir ki, diplomatik prosesə şərait yaratmaq üçün Suriyada təcili atəşkəs olmalıdır:

«Rusiya Əsəd rejimi ilə birgə BMT-nin ötən ilin dekabrında qəbul olunan 2254 saylı qətnaməsini pozur. Bu qətnamə Suriya ərazisində dinc əhalinin bombardmanının dayandırılmasını nəzərdə tutur". 

Baş katib bildirib ki, Rusiyanın aviazərbələri Suriyada dinc sakinlərin ölümünə səbəb olub:

«Vacib məsələləri müzakirə etmək əvəzinə, "kimi dəvət etmək"lə bağlı xırda detallarla danışıqları pozdular».