XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

08 Fevral 2016 - 09:04

“Formula-1” yarışları 5 il məcburi keçirilməlidir- [color=red]Nazir heç nəyin gizli qalmayacağını deyir

"Müqavilə 10 illik bağlanıb. Müqaviləyə əsasən, Azərbaycanda "Formula – 1" yarışları 5 il keçirilməlidir. Azərbaycan 5 il ərzində qərar versə ki, bu yarış keçirilməsin, onda biz cərimə ödəməliyik".

Bunu Gənclər və İdman naziri Azad Rəhimov deyib.

A.Rəhimov bildirib ki, 10 illik müqavilənin növbəti 5 ilində isə Azərbaycan öz istəyinə əsasən yarışı ya keçirə, ya da dayandıra bilər:

"Ancaq ilk 5 ildə keçirilməlidir. Hazırda yarışın büdcəsi 12 milyon dollardır. Bu yarışın büdcəsi hər il ödənən haqq və təşkilatı xərclərdən ibarətdir, bunun da açıqlaması olacaq. Heç nə gizli qalmayacaq".

Apa.az