XƏBƏR LENTİ

12 Avqust 2020
11 Avqust 2020

Digər Xəbərlər

11 May 2015 - 09:29

Nazir əmr verdi, yeni xidmət yarandı – “Qaynar Xətt”
Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) yeni “qaynar xətti” fəaliyyətə başlayıb.
Strateq.az “Report”a istinadən xəbər verir ki, sahibkarlıq fəaliyyəti ilə əlaqədar polis hansısa problem yaradarsa, vətəndaşlar “1002” qısa nömrəsinə zəng vurmaqla hüquq-mühafizə orqanının həmin işçisindən və ya işçilərindən şikayət edə bilər.
Qeyd edək ki, xidməti zərurətlə əlaqədar olaraq “1002” qısa nömrəsi Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən DİN-ə ayrılıb. Bunun tətbiqi ölkənin bütün operatorları üçün məcburidir.
Azərbaycandakı mobil operatorlar arasında “1002” qısa nömrəsindən daha çox “Azercell” abunəçiləri istifadə edirdi. Bundan sonra “Azercell”in fakturasız (SimSim) xətt sistemindən istifadə edən abunəçiləri balans öyrənmə xidməti üçün “1002” qısa nömrəsi əvəzinə “2112” qısa nömrəsi yığmalıdır.