XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 November 2019 - 23:53

Avropa Liqası:"Qarabağ” məğlub oldu, "Sevilya" darmadağın etdi

 

UEFA Avropa Liqasının 2019-2020-ci illər mövsümünün qrup mərhələsi çərçivəsində keçirilən APOEL – “Qarabağ” oyunu başa çatıb.

Starteq.az xəbər verir ki, 10-cu dəqiqədə “Qarabağ” hesabı açıb.

Maksim Medvedev başla qola imza atıb.

59-cu dəqiqədə Lukas hesaba tarazlıq gətirib – 1:1.

88-ci dəqiqədə ev sahibi komanda daha bir qola imza atıb – 2:1

Beləliklə, oyun bu hesabla başa çatıb.

Qrupun digər oyununda isə “Dudelange” öz meydanında “Sevilya”ya 2-5 hesabı ilə uduzub.

Qeyd edək ki, hazırkı nəticəyə əsasən, “Sevilya” 4 oyuna 12 xalla lider, “Qarabağ” və APOEL hərəyə 4 xalla 2 və 3-cü yerləri bölüşür, “Dudelange” 3 xalla sonuncu pillədə qərar tutur.