XƏBƏR LENTİ

07 Dekabr 2019
06 Dekabr 2019

Digər Xəbərlər

08 Noyabr 2019 - 13:45

“Nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planı əhəmiyyətini itirməyib” –Sergey Lavrov

“ABŞ-ın qəbuledilməz fəaliyyətlərinə baxmayaraq, İranın nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planı öz qüvvəsini və əhəmiyyətini itirməyib”.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

“Bu plan Beynəlxalq Atom Enerjisi Agentliyinin rəsmi Tehranla bağlı suallarını sıfıra endirdi, İran İslam Respublikası nüvə proqramının maksimal dərəcədə şəffaflığı üçün imkan yaratdı, bu ölkənin agentliyin nəzarəti altında sülh məqsədi ilə nüvə texnologiyasını mənimsəmə və inkişaf haqqında qanuni hüququnu təsdiqlədi. Əminik ki, Birgə Hərtərəfli Fəaliyyət Planını saxlanması və müəyyən olunmuş müddətdə icrası üçün münbit şəraitin yaradılması bütün ölkələrin marağındadır”, – deyə Rusiya XİN başçısı vurğulayıb.

Qeyd edək ki, 2015-ci il 14 iyul tarixində “Altılıq” ölkələri (Böyük Britaniya, Almaniya, Fransa, Çin, Rusiya və ABŞ) və İran Birgə Hərtərəfli Fəaliyyət Planına nail olunmasını elan edib. Sazişə əsasən, İran nüvə proqramını məhdudlaşdırmalı və bunun qarşılığında İrana qarşı sanksiyalar geri götürülməli idi. Lakin daha sonra ABŞ birtərəfli şəkildə həmin sazişdən çıxdığını elan edərək İrana qarşı sanksiyaları bərpa etdiyi açıqlayıb. /APA