XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 November 2019 - 15:10

BƏƏ-nin İqtisadiyyat naziri Azərbaycana səfər edəcək –Bu tarixdə

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İqtisadiyyat naziri Sultan Bin Saeed Al Mansoori Azərbaycana səfər edəcək.

BƏƏ-nin Azərbaycandakı səfirliyindən verilən xəbərə görə, İqtisadiyyat nazirinin başçılıq etdiyi geniş nümayəndə heyəti noyabrın 11-13-də Azərbaycanda rəsmi səfərdə olacaq.

Səfər çərçivəsində nazir bir sıra görüşlər keçirəcək və noyabrın 12-də baş tutacaq BƏƏ-Azərbaycan Ticarət Məclisində iştirak edəcək. /APA