XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 November 2019 - 16:18

8-ci sinif şagirdinin başı kəsilib? –Bakı polisindən açıqlama

Bakı şəhərində azyaşlının qətlə yetirilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar həqiqətə uyğun deyil.

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətindən bildirilib.

İdarədən qeyd edilib ki, nə dünən, nə də bu gün belə bir faktla bağlı polis orqanlarına məlumat daxil olmayıb.

Qeyd edək ki, sosial şəbəkədə 8-ci sinif şagirdinin hamilə qaldığı, buna görə də atasının sifarişi ilə əmisi tərəfindən başı kəsildiyi məlumatı yayılıb.