XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

11 May 2015 - 10:44

Patruşev Bakıda: Moskva Avropa Oyunlarının təhlükəsizliyinə kömək etmək istəyir –XƏBƏR

patrusev.jpg

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Azərbaycana gəlib.

Strateq.az bildirir ki, bu barədə RİA-Novosti xəbər yayıb.

N.Patruşev Bakıda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə, Azərbaycan Respublikası milli təhlükəsizlik naziri Eldar Mahmudovla danışıqlar aparacaq. Danışıqlar zamanı regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunacaq.

Onun Azərbaycan prezidenti İlham Əliyevlə görüşü nəzərdə tutulub.

Rusiya Təhlükəsizlik Şurası katibinin həmçinin Bakıda yaşayan Böyük Vətən müharibəsi veteranları ilə də görüşü planlaşdırılıb.

Bir sıra analitiklərin fikrincə, Patruşevin səfər “qovluğunda” ciddi məsələlər var. Əsas diqqət 1-ci Avropa Oyunlarının təhlükəsizliyinin təmin edilməsində Bakı ilə birgə əməkdaşlığa, radikal-dini terroçu qrupların üzvlərinə qarşı mübarizə haqqında müzakirələrə veriləcək.

X. SƏFƏRLİ