XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 November 2019 - 20:48

İmamoğlu Berlində Merkellə görüşdü:"Onu İstanbula dəvət etdim" + FOTO

2-ci Dünya Müharibəsindən sonra Almaniyanın paytaxtını ikiyə bölən “Berlin divarı”nın yıxılmasının 30-cu ildönümü ilə bağlı Berlində keçirilən rəsmi tədbirə dəvət olunan İstanbul Böyükşəhər Bələdiyyə başqanı Əkrəm İmamoğlu kansler Angela Merkellə görüşüb.

Strateq.az xəbər verir ki, bu barədə İmamoğlu sosial şəbəkədəki səhifəsində foto və açıqlama yayıb.

O bildirib ki, Merkellə görüşdə ona 16 milyonluq İstanbulun salamını çatdırıb: “Berlin divarının yıxılması ilə bağlı təşkil edilən mərasimdə Almaniya kansleri Angela Merkellə söhbət etdik. Merkelin təbrikini demokratiya imtahanını uğurla keçən şəhərimiz adına aldım. Mən isə ona 16 milyonluq istanbullunun salamını çatdırdım, onu şəhərimizə dəvət etdim”.

Xatırladaq ki, məşhur “Berlin divarı” 9 noyabr 1989-cu ildə uçurulub.