Bu gün Türkiyədə PKK-ya qarşı növbəti əməliyyat keçirilib.
Strateq.az xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu sosial şəbəkədəki səhifəsində yazıb.
O bildirib ki, Şırnakda PKK-ya qarşı MİT və Jandarma qüvvələri birgə uğurlu əməliyyat həyata keçirib.
Nəticədə 6 terrorçu məhv edilib.
Nazir hərbçilərə xitabən deyib ki, “Allah ayaqlarınıza daş dəydirməsin”.