XƏBƏR LENTİ

28 Noyabr 2020

Digər Xəbərlər

10 Noyabr 2019 - 21:45

Sergey Lavrov İrəvana rəsmi səfər edib –Səbəb

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistana rəsmi səfər edib.

Rusiyalı nazirin İrəvana səfər proqramı erməni həmkarı Zohrab Mnatsakanyanla birlikdə Böyük Vətən Müharibəsi üzərində qələbənin 75 illiyinə həsr olunmuş sərginin açılışında iştirakı ilə başlayır. Tədbir Ermənistan Milli Qalereyasında keçiriləcək.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin xəbər verdiyi kimi, Lavrovun İrəvana rəsmi səfəri noyabrın 11-dək davam edəcək. Ermənistanda olduğu müddətdə onun baş nazir Nikol Paşinyan və prezident Armen Sarkisyanla görüşləri, həmçinin Mnatsakanyanla danışıqları nəzərdə tutulur.

İkitərəfli əməkdaşlığın, EAEU, KTMT və MDB arasında xarici siyasət sahəsində əməkdaşlıq, BMT, ATƏT, Avropa Şurası, QDİƏT və digər beynəlxalq forumlarda mövqelərin əlaqələndirilməsi məsələlərinin hərtərəfli müzakirəsi planlaşdırılır. /APA