XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

11 May 2015 - 10:55

Naxçıvanda olan FİDE prezidenti Vasif Talıbovla şahmat oynayıb – FOTO

fide.jpg

Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlümjinov Naxçıvanda səfərdə olub.

“Report”un məlumatına görə, rusiyalı qonaq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və Azərbaycan Şahmat Federasiyasının (AŞF) vitse-prezidenti Mahir Məmmədovla görüşüb.

Onlar Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra K.İlümjinov mərhum prezidentin adını daşıyan muzeyi ziyarət edib. Daha sonra FİDE prezidenti V.Talıbov və A.Rəhimovla birgə “Naxçıvan Open” beynəlxalq şahmat turnirinin bağlanış mərasiminə qatılıb. Qonaq turnirin qalibi Eltac Səfərlini, eləcə də Naxçıvan tarixində ilk beynəlxalq qrossmeyster və beynəlxalq hakim adını alanları təbrik edib. Tədbir zamanı K.İlümjinov V.Talıbovla şahmat da oynayıb.

talibov.jpg