XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

11 Noyabr 2019 - 17:47

“Səmt qazı ilə maye qazı fərqli məhsullardır” –Ekspert

Bəzi ekspertlər səmt qazı ilə maye qazı (LPG – Liquefied Petroleum Gas – Mayeləşdirilmiş neft qazı) səhv salır.

Qeyd etmək lazımdır ki, maye qaz səmt qazından deyil, xam neftin fraksiyası və təzyiq altında mayeləşdirilməsi ilə alınır. Maye qaz neft emalı zavodlarında istehsal edilir. Azərbaycanda bu məhsulun istehsalçısı Heydər Əliyev adına Neft Emalı Zavodudur. Lakin maye qazın qiyməti dövlət tərəfindən deyil, təchizatçı şirkət tərəfindən tənzimlənir. Maye qazın qiymətinin artımı isə son dövrdə bazarda bu məhsula olan tələbat artımı ilə əlaqələndirilir. Səmt qazı isə xam neftin bir hissəsi kimi və ya onun digər tərkib hissələri ilə birlikdə aşkar edilmiş təbii qazdır.

Azad İstehlakçılar Birliyinin kommunal xidmətlər üzrə eksperti Nüsrət Qasımov da səmt qazı ilə maye qazın bir-birindən tamamilə fərqli olduğunu deyib: “Səmt qazı neftlə birgə hasil edilən qazdır. Onun tərkibində 30%,40%, 50% metan olur, qalanı havadır. Maye qaz isə propan qazıdır. Ağır karbohidrogenlərdəndir. Metan qazının istilikdüzəltmə qabiliyyəti 8500 kkal-dır. Yəni bir kubmetr hava yananda 8,5 kkal istilik alınır. Maye qaz yananda 23-24 min kkal istilik alınır. Bunlar tamamilə bir-birindən fərqlənir. Propan maye halındadır”. (Report)