XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

09 Fevral 2016 - 10:07

Ermənilərin Suriyadakı yeni soyqırım planı – [color=red]Dəhşətli faktlar (FOTO, VİDEOLAR)

"Suriyadakı ermənilərin davranışları artıq onların idarə olunduqlarını, köləlik etdiklərini göstərir. Cihadımızda onların, ermənilərin də cəzası verilməlidir. Bu cəlladlar vətəndaş müharibəsindən istifadə edərək bizə, müsəlmanlara divan tuturlar".

Suriyanın Hələb şəhərində yaşayan müsəlmanların yaydıqları bəyanatda belə deyilir. Onların sözlərinə görə, Suriyadakı ermənilər müsəlmanları hədəfə alıblar, Suriya prezidenti Bəşər Əsədə sadiq qoşunlara dəstək verməklə və hərbi əməliyyatlarda iştirak etməklə yanaşı, Suriyanın müxtəlif şəhərlərində müsəlmanlara divan tutur, şəhər və kəndləri onlardan "təmizləmək"lə məşğuldurlar.

Hələbdən tutmuş, Deyr əz Zoradək minlərlə suriyalı müsəlman erməni cəladların qurbanı olublar.

Suriyada 2011-ci ildə vətəndaş müharibəsi başlanan ilk gündən bəri yerli ermənilər Dəməşqdəki rejimə və Suriya ordusuna loyal qalıblar.

Yüzlərlə erməni Suriyanın Respublika Qvardiyasının 106-cı briqadasının heyətində vuruşur. Onlar əsasən Hələb və ölkənin şimalındakı Həma vilayətindəki Mührəda şəhərinin sakinləridir.

2012-ci ilin yayında Suriya müxalifətçilərinin birləşmiş hərbi qüvvəsi olan Azad Suriya Ordusunun (FSA) birləşmələri Hələbə hücuma keçəndə yerli ermənilər müxalifətçilərə qarşı vuruşublar.

Suriyanın şimalında yerləşən, sakinlərinin əksəriyyəti ermənilər olan Kəsab şəhərindəki döyüşlərdə 17 min erməni yaraqlı iştirak edib.

Suriyalı ermənilər döyüşlərdə Suriya Ordusu ilə yanaşı, "Əl Baas" və "Milli Demokratiya Cəbhəsi" adlı qruplaşmalarla birlikdə hərəkət edirlər.

Ötən ilin iyununda "Ənsar əl Hələb", "Cəbhət əl Nüsrə" və İŞİD qruplaşmaları Əl Xalidiyyə, Əl Əzizə və Sülemaniyyə bölgələrində hücuma keçəndə ermənilər mövqelərini qoyub qaçmışdılar. Lakin az sonra onlar geri qayıdıblar.

Ermənilərin qayıdışının səbəbi onların arasında "Rusiyadan gəlmiş hərbçi könüllülər" idi. Rəsmi Dəməşq və Ermənistan mediası bu şəxslərin "könüllülər" olduqlarını desələr də, həmin şəxslərin Rusiyadan gəlmiş xüsusi təyinatlı hərbçilər olduğu vurğulanırdı.

Suriya və Rusiyanın dövlət nəzarətində olan mediası, habelə Ermənistanın kütləvi informasiya vasitələri Suriyada vuruşan erməniləri "terrorçulara qarşı mübarizə aparan şəxslər" kimi təqdim etsələr də, bu iddialar yalandır.

Belə ki, Suriyada döyüşən erməni yaraqlılarının total əksəriyyəti "Hayasala" adlı qruplaşmanın üzvləridir.

"Hayasala" isə ermənilərin "Ermənistanın Azadlığı Uğrunda Erməni Gizli Ordusu" (Armenian Secret Army for the Liberation of Armenia, ASALA) terror təşkilatının Suriyadakı bölməsidir.

"Hayasala" terror qruplaşmasının məqsədi İŞİD, "Cəbhət əl Nüsra" və ya "Ənsar əld Hələb" kimi terror təşkilatlarına qarşı vuruşmaq yox, Suriyadakı vətəndaş müharibəsindən istifadə edərək sakinləri müsəlmanlar olan şəhər və kəndlərdə "təmizləmə"lər aparmaqdır.

Etnik zəmində aparılan, müsəlmanların qırğını olan bu "təmizləmə"lər sanki Azərbaycanın Xocalı şəhərində dinc sakinlərə divan tutulmasının təkrarıdır.

Suriyadakı bu vəhşiliklərə ölkənin silahlı qüvvələrinin yaradıcılarından biri, Suriya ordusunun general-leytanantı olmuş Aram Qaramanukyanın (1910-1996) nəvəsi polkovnik Gevorq Qaramanukyan rəhbərlik edir.

"Hayasala" terror təşkilatının "İnqilabi İdarə Şurası"nın fəxri sədri olan A.Qaramanukyanın müavinləri Arşak Abbasyan və Tatevos Sefilyandır.

Bu terror qruplaşmanın ən fəal üzvləri Zabel Torosyan, Ohanes Hetimyan, Qaregin Boqaryan, Razmik Badoyan, Səlim Andranikyan, Qaregin Manvelyan, Artaşes Sulimyan, Manvel Keşişyan, Levon Kettencyan və Harutyun Qacaryandır.

Suriyadakı ermənilərdən yığılan aylıq "yardım ianə"ləri ilə yanaşı, xarici ölkələrdə, xüsusilə də ABŞ, Livan, Suriya, Fransa və Rusiyadakı erməni diaspor təşkilatlarının yolladıqları maliyyə vəsaiti hesabına maliyyələşirlər.

"Hasala"nın erməni terrorçularının silah və hərbi texnika ilə təminatının isə Suriya Respublika Qvardiyasının 106-cı mexanikləşdirilmiş briqadasının komandiri, briqada generalı Rukin Məhəmməd Həddurun hesabına həyata keçirildiyi iddia olunur.

Suriya ordusunun yarıkönüllü bölməsi olan Milli Müdafiə Qüvvələrinin ("Qüvvat ad Difaa al Vatani") tərkibində vuruşan "Hayasala" birləşmələri isə əsas hədəf qismində "Ceyh əl Hərəmeyn", "Saraya Əhl əl Şam", "Cund əl Məlahm", "İtisam bi Allah", "Ceyş ən Nəsr", "Cund əl Rəhman" və "Türkmən Briqadası" qruplaşmalarını seçiblər.

Bu qruplar Suriya müxalifətçilərini birləşdirən Azad Suriya Ordusunun tərkibində olduğundan, erməni terrorçularının İŞİD və ya "Cəbhət ən Nüsra" kimi terror təşkilatlarına yox, suriyalı müxalifətçilərə qarşı döyüşdükləri də aşkarlanır.

"Ermənilər İŞİD-dən dəfələrlə pisdir. İŞİD kəndimizə hücum edəndə heç olmasa 100 nəfər sağ qaldı. Ermənilər isə heç kimi sağ qoymaq istəmirlər", – Suriyanın Latakiya bölgəsindəki kənddən qaçqın düşmüş Məhəmməd əş Şəbar deyib.

Onun sözlərinə görə, ermənilər qarşılarına çıxan hər müsəlmanı öldürməyə, işgəncələr verməyə, əzabla qətlə yetirməyə çalışırlar.

Suriyalı müsəlmanların dediklərinə görə, ermənilər ölkədəki xaosdan istifadə edərək soyqırımla məşğuldurlar.

Elçin Alıoğlu
Milli.Az