XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

12 Noyabr 2019 - 10:03

Makron ABŞ Prezidenti ilə görüşəcək:"Trampla əla telefon danışığımız oldu"

Fransa prezidenti Emmanuel Makronla ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Bu barədə Fransa lideri özünün “Twitter”dəki səhifəsində bildirib.

Emmanuel Makron qeyd edib ki, amerikalı həmkarı ilə NATO-nun dekabrda keçiriləcək sammitinə qədər Londonda görüşməyi razılaşdırıblar.

“Bu axşam Donald Trampla əla telefon danışımız oldu: Suriya, İran, NATO-dakı durum müzakirə edilib. Ümumi vaxtlar seçilib və biz NATO-nun sammitinə qədər Londonda görüşəcəyik”, – deyə Fransa lideri yazıb.

Şimali Atlantika Alyansının 29 ölkəsinin dövlət və hökumət başçılarının sammiti dekabrın 3-4-də Londonda keçiriləcək.

Qeyd edək ki, Fransa və ABŞ liderlərinin bundan əvvəlki danışığı 1 ay əvvəl – oktyabrın 12-də baş tutub. Həmin vaxt Emmanuel Makron amerikalı həmkarına Türkiyə ordusunun Suriyadakı əməliyyatlarının dayandırılması zəruriliyini bildirib/Report.