XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 November 2019 - 12:13

“Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına yol verə bilmərik” –Ziyafət Əsgərov

“Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına yol verə bilmərik”.

Bunu jurnalistlərə açıqlamasında Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

O qeyd edib ki, ermənilər özlərinə bir dövlət yaradıb, artıq ikincisini yaratmaq arzusundadırlar: “Azərbaycanın ərazisi daxilində Muxtar Respublika statusunda yarada bilərlər. Yalnız Azərbaycanın ərazi çərçivəsində onlara hansısa muxtariyyət verməkdən söhbət gedə bilər”. /APA