XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 November 2019 - 12:17

Ərdoğan ABŞ-a səfər edib –Trampla görüşdə nələr müzakirə olunacaq?

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfər edib.

Strateq.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, geniş nümayəndə heyəti ilə səfərə çıxan Ərdoğan ABŞ-da Prezident Donald Trampla gündəmdəki bir çox məsələləri müzakirə edəcəyini deyib.

Ərdoğan Trampla görüşdə F-35, S-400 raketləri ilə bağlı yaranan problemlər, YPG məsələsi, həmçinin Fətullah Gülənin Türkiyəyə təhvil verilməsini qaldıracağını bildirib.

Yeri gəlmişkən, bir neçə gün əvvəl Ağ Ev Türkiyəni S-400-lərə görə sanksiya ilə hədələyib.