XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

09 Fevral 2016 - 11:51

Azərbaycanlı oliqarxın tankerində fövqəladə hadisə: [color=red]1 ekipaj üzvü öldü, 2-si ağır durumdadır

Azərbaycanlı oliqarx Mübariz Mənsimovun “Palmali” Şirkətlər Qrupuna məxsus tankerdə zəhərli qazdan kütləvi zəhərlənmə baş verib və bir heyət üzvü ölüb.

Daha 3 heyət üzvü xəstəxanaya yerləşdirilib.

Virtualaz.org xəbər verir ki, hadisə İtaliyanın Vasto limanı istiqamətində baş verib.

İtaliya mənbələrinin yaydığı xəbərə görə, “Palmali Shipping” şirkətinə məxsus, Rusiya bayrağı altında üzən “Araz River” tankeri Vasto limanını tərk edəndən sonra ekipaj üzvlərindən üçü göyərtədə təmizləmə işləri aparıblar. Bu zaman kimyəvi maddələrdən istifadə olunub və toksik qazların ətrafa yayılması nəticəsində bir ekipaj üzvü yerindəcə keçinib. Qalan ikisi isə ağır vəziyyətdə xəstəxanaya aparılıb. İnsidentin dənizin məhz hansı rayonunda baş verdiyi məlum deyil, lakin hadisədən sonra tanker yenidən Vasto limanına geri qayıdıb.