Azərbaycan prezidenti İlham Əliyev Gəncə şəhərinin Zazalı-"İmamzadə” kompleksi-Gəncə avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Strateq.az xəbər verir ki, sərəncama əsasən, Zazalı – "İmamzadə” kompleksi – Gəncə avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində avtomobil yolları təsərrüfatı üçün nəzərdə tutulmuş vəsait hesabına "Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinə 12,0 (on iki) milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.