XƏBƏR LENTİ

11 Dekabr 2019

Digər Xəbərlər

13 Noyabr 2019 - 13:02

“Sözünüz yarımçıq qalanda yaxşı çıxmır” –Oqtay Əsədovdan deputatlara xəbərdarlıq

Milli Məclisin spikeri Oqtay Əsədov parlamentdə çıxış edən deputatlara xəbərdarlıq edib.

İclasda çıxış üçün 5 dəqiqəlik limitin olduğunu xatırladan O.Əsədov deputatlara bunu nəzərə almalarını tövsiyə edib.

“Hörmətli millət vəkilləri! Bilirsiniz ki, çıxış üçün 5 dəqiqə vaxt nəzərdə tutulub. Sözünüz, cümləniz yarımçıq qalanda yaxşı çıxmır. Ona görə də xahiş olunur 5 dəqiqəyə riayət edək”– deyə spiker əlavə edib.

Daha sonra çıxış üçün deputat Tahir Kərimliyə söz verilib. /Report