XƏBƏR LENTİ

02 İyul 2020
01 İyul 2020

Digər Xəbərlər

13 Noyabr 2019 - 15:50

Gürcüstan Milli Təhlükəsizlik Şurasının yeni sədri kimdir? –Təyinat

Gürcüstanın Kəşfiyyat Xidmətinin rəhbəri Levan İzoria ölkənin Milli Təhlükəsizlik Şurasına sədr təyin olunub.

Bu barədə şuranın baş nazir Giorgi Qaxarianın rəhbərliyi altında keçirilən ilk iclasında bildirilib.

Toplantıda ölkənin üzləşdiyi təhlükələr və regionda baş verən proseslər müzakirə olunub.

Kiber təhlükəsizlik, ərazi bütövlüyünə olan təhdidlər və işğal altında olan ərazilər məsələsinə xüsusi diqqət ayrılıb.

Qeyd edək ki, L.İzoria 2016-cı ilin avqustundan 2019-cu ilin sentyabrın 3-nə qədər müdafiə naziri olub. O, bu ilin sentyabrında Kəşfiyyat Xidmətinə rəhbər təyin olunub. /Report