XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 November 2019 - 18:38

ABŞ-da Ərdoğana PKK və erməni təxribatı- Türklər cavab tədbirlərinə hazırlaşır

ABŞ-dakı ermənilər PKK terrorçuları ilə birlikdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Vaşinqtona səfərinə qarşı etiraz aksiyası hazırlayıblar.

Azərtac Anadolu agentliyinə istinadla xəbər verir ki, Amerikanın Erməni Milli Komitəsi (ANCA) PKK terrorçularını dəstəkləyən Amerika Rojava Demokratiya Mərkəzi və Erməni Gənclər Federasiyası ilə birlikdə Rəcəb Tayyib Ərdoğanın Vaşinqtona ikigünlük səfərinə qarı etiraz aksiyalarına hazırlıq görüldüyünü bəyan edib.

Onlar bununla əlaqədar sosial şəbəkələrdə xüsusi səhifə yaradıblar. Ermənilər PKK-nı dəstəkləyənləri Ağ evin qarşısına toplaşmağa və Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi “Sülh çeşməsi” antiterror əməliyyatına etiraz etməyə çağırıblar. “Əzabkeş xalq”ın nümayəndələri qondarma “erməni soyqırımı” ilə bağlı şüarlar da səsləndirəcəklər.

Birləşmiş Ştatlarda fəaliyyət göstərən türk icmalarının rəhbərləri qeyd ediblər ki, erməni qrupları ABŞ Nümayəndələr Palatasında qondarma “erməni soyqırımı” ilə bağlı qanun layihəsinin qəbul edilməsindən sonra daha da azğınlaşıb. Ermənilərin və PKK-nı dəstəkləyən qrupların Türkiyə Prezidentinin səfəri ilə bağlı etiraz aksiyası keçirəcəyi təqdirdə türklərin də adekvat addımlar atacağı bildirilib.