XƏBƏR LENTİ

10 Dekabr 2019

Digər Xəbərlər

14 Noyabr 2019 - 14:44

Nursultan Nazarbayevin qızı Ermənistana gedib –Erməni spiker dəvət edib

Qazaxıstan parlamenti Senatının sədri Dariqa Nazarbayeva Ermənistana rəsmi səfərə gedib.

Məlumatı “Sputnik Armeniya” yayıb.

Səfər Ermənistan parlamentinin sədri Ararat Mirzoyanın dəvəti ilə həyata keçirilir.

Məlumata görə, səfər çərçivəsində iki ölkə arasında əməkdaşlıq məsələləri və parlamentlərarası münasibətlərin inkişafının perspektivləri müzakirə olunacaq.

Qeyd edək ki, Dariqa Nazarbayeva Qazaxıstanın birinci prezidenti-elbası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəxri sədri Nursultan Nazarbayevin qızıdır/Report.