XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 November 2019 - 19:23

Suriya prezidenti ABŞ-ı “quldur dövlət” adlandırdı:"Neftimizi oğurlayırlar"

“ABŞ neftimizi oğurlayır”.

Bunu Suriya prezidenti Bəşşar Əsəd “Rossiya 24” telekanalına müsahibəsində deyib.

“Birləşmiş Ştatlar quldur dəstələri üzərində siyasi rejim kimi qurulmuş dövlətdir”, – Suriya lideri əlavə edib.

Qeyd edək ki, noyabrın 6-da KİV-də ABŞ prezidenti Donald Trampın Suriyanın şərqindəki neft yataqlarının təhlükəsizliyini təmin etmək üçün genişləndirilmiş hərbi missiyanı təsdiqlədiyi barədə xəbərlər yayılıb. Yeni plana əsasən, qoşunlar Deyr-əz-Zordan Əl-Hasakiyə qədər, təxminən, 150 km uzanan ərazidə kürd yaraqlılarının nəzarətində olan böyük ərazini qoruyacaq.

Daha sonra ABŞ Dövlət Departamenti Suriyanın ABŞ-ın nəzarətində olan ərazilərində neftin yerli hökumət tərəfindən hasil olunduğunu, Departamentin prezidentdən neft yataqları ilə bağlı nə isə etmək tapşırığı almadığını bildirib/Report.