Bu gün Mərkəzi Bank növbəti valyuta hərracı keçirib.
Strateq.az Mərkəzi Banka istinadən xəbər verir ki, tənzimləyici tərəfindən 200 mln. ABŞ dolları məbləğində vəsait satışa çıxarılıb. Hərracda yalnız 1 bank 10 milyon dollar tələbi ilə iştirak edib və sifarişi tam həcmdə təmin olunub.