XƏBƏR LENTİ

10 Dekabr 2019
09 Dekabr 2019

Digər Xəbərlər

15 Noyabr 2019 - 19:18

“Ürək xəstələrinin 70%-dən çoxunda şəkərli diabetə rast gəlinir” –İnstitut direktoru

Elmi-Tədqiqat Kardiologiya İnstituna müraciət edən ürək xəstələrinin 70 faizindən çoxunda şəkərli diabetə rast gəlinir.

Bunu institutun direktoru Gülnaz Dadaşova deyib.

Onun sözlərinə görə, şəkərli diabet ürək xəstəliklərinin ağırlaşmasının, eləcə də ürək xəstəliklərinin yaranmasının ən əsas risk faktorlarından biridir: “Xəstələrimizin 70 faizindən çoxunda şəkərli diabetə rast gəlinir. Şəkərli diabetə görə endokrinoloq müalicəsi alan xəstələrin yarısından çoxunda ürək patologiyaları olur. Şəkərli diabet və onun ürəyə təsiri dünya səhiyyəsini narahat edən problemlərdəndir. Bu problemlə yalnız kardioloqlar, endokrinoloqlar deyil, həm də oftalmoloqlar, nefroloqlar, dietoloqla birgə məşğul olmalıdır”.

G.Dadaşova əlavə edib ki, şəkərli diabeti olan 3 nəfərdən 2-si ürək xəstəlikləri və ya insultdan dünyasını dəyişir: “Şəkərli diabeti olan insanlarda ürək tutmaları və insult keçirtmək riski şəkərli diabeti olmayan insanlarla müqayisədə 2 dəfə çoxdur. Şəkərli diabet dedikdə ürək xəstəliyi riskini düşünməliyik. Yüksək şəkər, qanda xolesterinin artması ürəyə gələn qanın azalmasına, sonda da ürək xəstəliyinin yaranmasına səbəb olur”.

O bildirib ki, siqaret çəkmək də şəkərli diabet olan insanlarda ürək xəstəlikləri riskini 2 dəfə artırır. (report)