XƏBƏR LENTİ

14 Dekabr 2019
13 Dekabr 2019

Digər Xəbərlər

16 Noyabr 2019 - 14:36

“Azəriqaz”:"“Azəristiliktəchizat” borcu verməsə, onlara qaz verilməyəcək"

Bunu Trend-ə açıqlamasında “Azəriqaz” İstehsalat Birliyinin Mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov deyib.

Onun sözlərinə görə, hazırda bununla bağlı danışıqlar gedir: “Razılıq əldə olunması ilə bağlı deyilənlər doğru deyil. Razılıq sənədləri olub, amma bu razılıq faktiki borcun nə qədər olması barədədir. Amma borc ödənilməmiş qazın verilməsi barədə razılıq olmayıb və hazırda da danışıqlar aparılır. Noyabrın 1-nə olan məlumata görə, “Azəristiliktəchizat”ın “Azəriqaz”a 29 milyon manatdan artıq borcu var. Borc danışıqları bitməyincə, qazın verilməsindən söhbət gedə bilməz”.

Xatırladaq ki. “Azəristiliktəchizat” ASC noyabrın 1-dən ölkənin ucqar rayonlarında, noyabrın 15-dən isə Bakı və ətraf ərazilərdə qış rejiminə keçidlə bağlı binalara istiliyin verilməsinə başlamalı idi.

Bir neçə gün əvvəl keçirdiyi mətbuat konfransında “Azəristiliktəchizat” ASC-nin sədr müavini İlham Mirzəliyev demişdi ki, Azəriqaz-a olan borc vətəndaşa təsir etməyəcək.