XƏBƏR LENTİ

03 İyun 2020
02 İyun 2020

Digər Xəbərlər

10 Fevral 2016 - 11:22

“Həkimlər, müəllimlər, hərbçilər haradan maaş alacaqlar?” -[color=red]Nazir müavini

"Kənd təsərrüfatı sahəsinə tətbiq olunan vergi güzəştləri nəticəsində 2 milyard manat vəsait bu sahədə çalışanların sərəncamında qalıb".

"APA-Economics" xəbər verir ki, bu barədə jurnalistlərə Vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

Torpaq vergisi istisna olmaqla, kənd təsərrüfatı sahəsinin bütün vergilərdən azad olunduğunu xatırladan S. Ələkbərov qeyd edib ki, burada məqsəd fermerlərin öz fəaliyyətini daha da genişləndirməsinə şərait yaratmaqdır.

Nazir müavini digər sahələrə vergi güzəştləri edilməsi məsələsinə də toxunub:

"Vergi güzəştləri taktiki bir gedişdir. Bu və ya digər mərhələdə sahibkarların fəaliyyətinin daha da yaxşılaşdırılması üçün onlara əlavə imkanlar verir. Bilirsiniz ki, buğda, un və bu məhsullardan hazırlanan məmulatlar ƏDV-dən azad olundu. Başqa azadolmalar da var. Müəyyən mərhələdə bu addımlar atılır. Bütövlükdə biz bir şeyi bilməliyik ki, əgər biz bütün sahələri vergidən azad etsək, onda vergilər haradan daxil olacaq? Bizim həkimlər, müəllimlər, hərbçilər haradan maaş alacaqlar? Bu məsələlərə dövlət çox ehtiyatla yanaşır. İnkişafın hansısa mərhələsində bu cür addımlar müvəqqəti xarakter daşıyır".