XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 November 2019 - 10:00

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib –Milli Dirçəliş Günü münasibətilə

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 17 noyabr – Milli Dirçəliş Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Təbrik Birinci vitse-prezidentin rəsmi “Instagram” səhifəsində yerləşdirilib.

Birinci vitse-prezidenti Mehriban Əliyeva qeyd edib ki, bu gün – 17 Noyabr – birlik və həmrəylik, Vətənə və milli dövlətçiliyə sədaqət kimi nəcib hissləri təcəssüm etdirən Milli Dirçəliş Günüdür: “Bu bayram münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edir, hər bir soydaşımıza cansağlığı, sevgi və səadət arzulayıram! Qoy xalqımızın həmrəyliyi, dövlət müstəqilliyimiz, ölkəmizdə hökm sürən sülh və əmin-amanlıq əbədi olsun!”.