XƏBƏR LENTİ

14 Dekabr 2019
13 Dekabr 2019

Digər Xəbərlər

17 Noyabr 2019 - 23:45

Tbilisidə etirazçılar parlamentin girişlərində barrikadalar yaradıblar –FOTO

Tbilisidə parlament binası qarşısında etiraz aksiyası davam edir. 

Nümayişçilər parlamentin girişlərinə qum doldurulmuş kisələrlə barrikadalar qurublar. Gecə boyunca keşik çəkəcəklərini bildirən etirazçılar tələbləri qəbul edilənədək millət vəkillərinin qanunverici orqana buraxılmayacaqlarını bildiriblər.

Qeyd edək ki, noyabrın 14-də parlamentin plenar iclasında keçirilən səsvermə zamanı 2020-ci ildə proporsional qaydada parlament seçkilərinin keçirilməsini nəzərdə tutan konstitusiya layihəsini qəbul edilməməsi müxalifətin geniş narazılığına səbəb olub.

Dörd gündür ki, davam edən aksiyalarda hakim partiya qarşısında üç əsas tələb irəli sürülüb. Etirazçılar müvəqqəti hökümətin təsis edilməsini, 2020-ci ildə proporsional seçki sistemi əsasında parlament seçkilərinin keçirilməsini və Mərkəzi Seçki Komissiyasının hazırkı tərkibinin dəyişdirilməsini tələb edirlər. Tələblər yerinə yetirilənədək aksiyaların davam etdiriləcəyi bildirilib. /APA